satellite   Azerspace-1: 11135 H 30000

Kreditlərin 94,3 faizi banklar tərəfindən verilib

Kreditlərin 94,3 faizi banklar tərəfindən verilib

Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, 2025-ci il noyabr ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,3 faiz artaraq, milli valyuta ekvivalentində 31 milyard 169,4 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən NTV-yə bildirilib ki, ümumi kredit portfelinin 25 milyard 701,7 milyon manatı və ya 82,5 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 94,3 faizi banklar, 5,7 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 13,5 faiz artaraq 544,8 milyon manat olub və ümumi kredit portfelinin 1,7 faizini təşkil edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM