satellite   Azerspace-1: 11135 H 30000

Səudiyyə Ərəbistanı klubu Məhəmməd Salaha illik 120 milyon funt sterlinq məvacib təklif edib

Səudiyyə Ərəbistanı klubu Məhəmməd Salaha illik 120 milyon funt sterlinq məvacib təklif edib

Səudiyyə Ərəbistanının adı açıqlanmayan klubu Misir millisi və “Liverpul”un futbolçusu Məhəmməd Salahı transfer etmək istəyir.

NTV xarici mətbuata istinadla xəbər verir ki, 33 yaşlı hücumçuya həftəlik 2,5 milyon, illik isə 120 milyon funt sterlinq məvacib təklif edilib.

Təcrübəli forvard “Liverpul” rəhbərliyi və baş məşqçi Arne Slotla fikir ayrılığına görə əsas komandadan kənarlaşdırılıb.

Qeyd edək ki, Məhəmməd Salah 2017-ci ilin yayından “Liverpul”da çıxış edir. O, Mersisayd klubunun heyətində İngiltərə Premyer Liqasının, Çempionlar Liqasının, ölkə kubokunun, klublararası dünya çempionatının qalibi olub.

Cari mövsümdə misirli hücumçu klub səviyyəsində 19 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM