satellite   Azerspace-1: 11135 H 30000

AZAL-ın prezidenti: "Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır"

AZAL-ın prezidenti: "Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır"

Bu gün təhlükəsizlik, əməliyyat mükəmməlliyi, dayanıqlılıq və enerji keçidi “Azərbaycan Hava Yolları” QSC-nin strateji prioritetləridir.

NTV xəbər verir ki, bunu AZAL-ın prezidenti Samir Rzayev Bakıda keçirilən Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) “Aviasiya Enerji Forumu 2025”də deyib.

S.Rzayev qeyd edib ki, AZAL-ın transformasiyası təkcə əməliyyat artımı ilə məhdudlaşmır:

"Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır və bu vizyon konkret addımlar, uzunmüddətli planlama və beynəlxalq əməkdaşlıqla həyata keçirilir. Biz IATA ilə yaxın tərəfdaşlığımızdan, CORSIA çərçivəsində əməkdaşlığımızdan, ICAO (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) və digər beynəlxalq standart və platformalarda fəal iştirakımızdan qürur duyuruq. Bu tərəfdaşlıqlar emissiyalar, enerji səmərəliliyi və iqlim üzrə açıqlamalarla bağlı beynəlxalq standartlara uyğunluğumuzu daha da möhkəmləndirir, eyni zamanda, hesabatlı, dayanıqlı və gələcəyə hazır bir aviaşirkət qurmaq yolunda atacağımız növbəti addımlara istiqamət verir".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM