satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan şəhərində işıqlandırmanın yaxşılaşdırılması üçün yeni işıq dirəkləri quraşdırılır - FOTOLAR

 Naxçıvan şəhərində işıqlandırmanın yaxşılaşdırılması üçün yeni işıq dirəkləri quraşdırılır<font color=red> - FOTOLAR</font>  Naxçıvan şəhərində işıqlandırmanın yaxşılaşdırılması üçün yeni işıq dirəkləri quraşdırılır<font color=red> - FOTOLAR</font>  Naxçıvan şəhərində işıqlandırmanın yaxşılaşdırılması üçün yeni işıq dirəkləri quraşdırılır<font color=red> - FOTOLAR</font>  Naxçıvan şəhərində işıqlandırmanın yaxşılaşdırılması üçün yeni işıq dirəkləri quraşdırılır<font color=red> - FOTOLAR</font>  Naxçıvan şəhərində işıqlandırmanın yaxşılaşdırılması üçün yeni işıq dirəkləri quraşdırılır<font color=red> - FOTOLAR</font>

Naxçıvan şəhərinin küçələrində mövcud işıqlandırma problemlərinin həlli məqsədilə Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən 2024-cü ilin son rübündə yol işıq dirəkləri və onların başlıqlarının alınması ilə bağlı tender elan edilib.

NTV xəbər verir ki, cari il yanvarın 14-də isə bu tender üzrə müqavilə imzalanıb. Müqaviləyə əsasən 650 ədəd yol işıq dirəyi, 300 ədəd işıq dirəyi başlığı alınıb və onların Naxçıvan şəhərinə gətirilməsi prosesinə başlanılıb. Dirəklərin bir hissəsi şəhərə gətirilib, qalan hissəsinin daşınması isə davam edir.

Hazırda Naxçıvan şəhərinin İstiqlal və İslam Səfərli küçələrində işıq dirəklərinin quraşdırılmasına başlanılıb.

Şəhər ərazisində işıqlandırmanın olmadığı digər küçə və döngələrdə də yol işıq dirəklərinin quraşdırılması nəzərdə tutulur. Bu addım nəticəsində Naxçıvan şəhərindəki işıqlandırma problemlərinin bir hissəsi aradan qaldırılacaq və işlər il ərzində mərhələli şəkildə davam etdiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM