satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanlı jurnalistlərin “China News Service”in Sintszyan filialının rəhbərliyi ilə görüşü keçirilib - FOTOLAR

Azərbaycanlı jurnalistlərin “China News Service”in Sintszyan filialının rəhbərliyi ilə görüşü keçirilib<font color=red> - FOTOLAR</font> Azərbaycanlı jurnalistlərin “China News Service”in Sintszyan filialının rəhbərliyi ilə görüşü keçirilib<font color=red> - FOTOLAR</font> Azərbaycanlı jurnalistlərin “China News Service”in Sintszyan filialının rəhbərliyi ilə görüşü keçirilib<font color=red> - FOTOLAR</font>

“China News Service”in Çinə təşkil etdiyi mediatur çərçivəsində Urumçidə azərbaycanlı jurnalistlərin “China News Service” informasiya agentliyinin Sintszyan filialının rəhbərliyi ilə görüşü keçirilib.

NTV xəbər verir ki, Azərbaycanın media nümayəndələrini filialın direktoru Li Dehua qəbul edib.

Söhbət zamanı direktor Azərbaycanın tarixi və mədəniyyətinə xüsusi marağı olduğunu vurğulayıb, ölkəmiz və onun paytaxtı Bakı ilə bağlı materialları mütəmadi oxuduğunu qeyd edib.

O, Azərbaycanın zəngin mədəni irsinə dərin ehtiramını ifadə edərək, bu irsi beynəlxalq miqyasda diqqətəlayiq unikal mədəniyyət adlandırıb. Direktor qeyd edib ki, Bakının tarixi, memarlığı, şəhərin ab-havası ilə tanış olmaq üçün Azərbaycan paytaxtına səfər etməyi arzulayır.

Görüşün sonunda jurnalistlər xüsusi stenddə xəbər agentliklərinin loqolarının yer aldığı açılış mərasimində iştirak ediblər. Qeyd edək ki, bu stendə Çində baş verən hadisələrin işıqlandırılmasında fəal iştirak etmiş media qurumlarının loqoları əlavə olunub. Onların arasında agentliyin beynəlxalq media əməkdaşlığının inkişafına verdiyi töhfənin simvoluna çevrilmiş AZƏRTAC-ın loqosu da var.

“China News Service” Çinin dövlət xəbər agentliyidir və ölkədə Sinxua agentliyindən sonra ikinci ən böyük informasiya mənbəyidir. Bu agentliyin fəaliyyəti həm ölkə daxilində xəbərlərin işıqlandırılmasına, həm də xarici auditoriyaya məlumatın çatdırılmasına yönəlib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
SÜLHƏ APARAN YOL - VİDEO

19:50 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM