satellite   Azerspace-1: 11135 H 30000

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Rizvan Hacıyev Kürdəmirdə dəfn edilib - FOTOLAR

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Rizvan Hacıyev Kürdəmirdə dəfn edilib<font color=red> - FOTOLAR</font> Birinci Qarabağ müharibəsinin itkin şəhidi Rizvan Hacıyev Kürdəmirdə dəfn edilib<font color=red> - FOTOLAR</font> Birinci Qarabağ müharibəsinin itkin şəhidi Rizvan Hacıyev Kürdəmirdə dəfn edilib<font color=red> - FOTOLAR</font>

Avqustun 29-da Birinci Qarabağ müharibəsinin daha bir itkin şəhidi - Rizvan Qara oğlu Hacıyev Kürdəmir rayonunda dəfn olunub.

NTV  xəbər verir ki, əvvəlcə Kürdəmirin Qocalı kəndində vida mərasimi keçirilib. Mərasimdə kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Cənazə namazı qılındıqdan sonra itkin şəhid kənd qəbiristanlığında torpağa tapşırılıb, dualar oxunub.

Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb.

Qeyd edək ki, R.Hacıyev 1993-cü ildə Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı itkin düşüb. Onun qalıqları Füzulinin Qacar kəndi yaxınlığında aşkarlanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM