satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda avtomobil piyadanı vurub

Naxçıvanda avtomobil piyadanı vurub

Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

NTV-nin məlumatına görə,  hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, 75-BG-367 dövlət qeydiyyat nişanlı “AzSamand” markalı avtomobil 1994-cü il təvəllüdlü Zeynalzadə Rəsul Rasim oğlunu vurub.

Xəsarət alan şəxs Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib. Vəziyyəti orta ağır qiymətləndirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM