satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd olunub - FOTOLAR

Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd olunub<font color=red> - FOTOLAR</font> Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd olunub<font color=red> - FOTOLAR</font> Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd olunub<font color=red> - FOTOLAR</font> Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd olunub<font color=red> - FOTOLAR</font>

Türkiyə Respublikasının Zəfər bayramı və Türkiyə Silahlı Qüvvələri Günü münasibətilə Türkiyənin Naxçıvandakı baş konsulluğunun iqamətgahında tədbir keçirilib.

NTV xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya və digər dövlət təşkilatlarının rəhbərləri, hökumət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan və Türkiyə respublikalarının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər iki ölkənin Dövlət Himni səsləndirilib.

Baş konsul Asip Kaya qonaqları salamlayıb, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər bayramı münasibətilə ölkənin xaricdəki diplomatik nümayəndəliklərinə göndərdiyi təbrik məktubunu oxuyub.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Türkiyə xalqının milli istiqlal tarixinin şanlı səhifəsi olan Zəfər bayramı münasibətilə tədbir iştirakçılarını və qardaş Türkiyə xalqını təbrik edib, Azərbaycan-Türkiyə əlaqələrindən söhbət açıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM