satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan-Bakı avtobus reyslərinin sayı 6-ya çatdırılıb

Naxçıvan-Bakı avtobus reyslərinin sayı 6-ya çatdırılıb

Naxçıvan-Bakı marşrutu üzrə avtobus reyslərinin sayı artırılıb

NTV-nin məlumatına görə, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi sərnişin sıxlığını nəzərə alaraq Naxçıvan-Bakı-Naxçıvan müntəzəm avtobus reyslərinin sayını yenidən artırıb.

Hazırda marşrutun hərəkət qrafikinə əlavə olunan yeni reyslə ümumi reyslərin sayı 5-dən 6-ya çatdırılıb.

Bildirilib ki, vətəndaşlar əlavə olunmuş reyslər barədə ətraflı məlumatı Naxçıvan ərazisində fəaliyyət göstərən avtovağzallardan, eləcə də onlayn şəkildə "biletim.az" platforması vasitəsilə əldə edə bilərlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM