satellite   Azerspace-1: 11135 H 30000

Ordubadda avtomobil 16 yaşlı qızı vurub, vəziyyəti ağırdır

Ordubadda avtomobil 16 yaşlı qızı vurub, vəziyyəti ağırdır

NTV xəbər verir ki, hadisə rayonun Aza kəndi ərazisində baş verib. Belə ki, 67-BL-015 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil yolu keçməyə çalışan Aza kənd sakini, 2009-cu il təvəllüdlü Seyidzadə Fatimə Qasım qızını vurub.

Yaralı Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılıb, vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM