satellite   Azerspace-1: 11135 H 30000

Sədərək rayonunda elektrik enerjisinin verilişində fasilə yaranacaq

Sədərək rayonunda elektrik enerjisinin verilişində fasilə yaranacaq

“Azərişıq” ASC-nin Naxçıvan RETSİ tərəfindən 2025–2026-cı illər payız-qış mövsümünə hazırlıq məqsədilə təsdiq olunmuş tədbirlər planına uyğun olaraq təmir-bərpa işləri aparılır.

NTV xəbər verir  ki, 35/10 kV-luq Sədərək yarımstansiyasından qidalanan 10 kV-luq hava elektrik verilişi xəttində yerləşən 108 nömrəli transformator üzərində təmir işləri görüləcək.

Bununla əlaqədar Sədərək rayonunun Sədərək kəndində bu gün saat 14:00-dan 15:00-a qədər elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Qeyd edək ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi və texniki baxışların həyata keçirilməsi çərçivəsində müxtəlif ünvanlarda elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir işləri nəzərdə tutulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM