satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanın bəzi ərazilərində üç gün işıq fasilələrlə veriləcək

Naxçıvanın bəzi ərazilərində üç gün işıq fasilələrlə veriləcək

Naxçıvan şəhəri və Babək rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr olacaq.

NTV xəbər verir ki, sentyabrın 8-dən 11-dək Naxçıvan şəhəri və Babək rayonunun müəyyən ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

Qeyd olunan günlərdə 110/35/10 kilovoltluq "Xalçaçılıq" yarımstansiyasından qidalanan 10/0,4 kV-luq xətlərdə dartılma və ağacların budanması işləri həyata keçiriləcək.

Eyni zamanda, Nehrəm 35/10 kV yarımstansiyasından qidalanan 10 kV-luq Nehrəm-2, Nehrəm-3 və Nehrəm-4 hava xətlərində, eləcə də 10/0,4 kV KTM-lərdə təmir işləri görüləcək.

Bununla əlaqədar Naxçıvan şəhərinin 59, 61, 48, 49 nömrəli məhəllələrində və Yunis Cabbarov küçəsində, eləcə də Babək şəhəri və Nehrəm qəsəbəsində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM