satellite   Azerspace-1: 11135 H 30000

I Qarabağ müharibəsinin daha dörd itkin-şəhidi dəfn olunacaq - FOTOLAR

I Qarabağ müharibəsinin daha dörd itkin-şəhidi dəfn olunacaq<font color=red> - FOTOLAR</font>

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha dörd şəhid dəfn olunacaq.

NTV xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

İtkin-şəhidlərin hər dördü də hərbçidir. Onlar Vəliyev Murad Məlikməmməd oğlu, Abdullayev Cəlal Xankişi oğlu, Zərbəliyev Ayaz Əsgəralı oğlu, Qayıbov Vəkil Möylan oğludur. 

M. Vəliyevin nəşinin qalıqları sabah saat 15:30-da Quba rayonu Nütəh kənd qəbiristanlığında, C.Abdullayev saat 12:00-da Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsinin qəbiristanlığında, A.Zərəbəliyev saat 14:00-da Göyçay şəhəri, Şəhidlər Xiyabanında, V.Qayıbov saat 15:00-da Qəbələ rayonu, Qəmərvan kənd qəbiristanlığında dəfn ediləcək. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM