satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda əsgər ölümündə ittiham olunan Samir Həziyev və Aydın Quliyev azadlığa buraxılıb

Naxçıvanda əsgər ölümündə ittiham olunan Samir Həziyev və Aydın Quliyev azadlığa buraxılıb

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı ittiham olunan hərbi hissə komandiri, polkovnik Samir Həziyev və hərbi hissənin Tibb Xidməti rəisi Aydın Quliyev barəsində olan hökmdən verilən şikayətə baxılıb.

Naxçıvan Muxtar Respublika Ali məhkəməsindən NTV-yə verilən məlumata görə, bu gün Naxçıvan Ali Məhkəməsi bununla bağlı qərar qəbul edib. 

Hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə qəbul olunan qərara əsasən, Samir Həziyev barəsində 2 il, Aydın Quliyev barəsində isə 1 il 6 ay sınaq müddəti seçilməklə cəzaları şərti hesab olunub. Onlar azadlığa buraxılıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM