satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanın bəzi əraziləri subasmaya məruz qalıb

Naxçıvanın bəzi əraziləri subasmaya məruz qalıb

Naxçıvan şəhərində bəzi ərazilər subasmaya məruz qalıb.

NTV xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Naxçıvan şəhərində bəzi ərazilərin subasmaya məruz qalması barədə məlumatlar daxil olub.

Muxtar respublika FHN-in müvafiq qüvvələri çağırış ünvanlarına cəlb edilib. 

Görülmüş işlər nəticəsində Naxçıvan şəhərində su basmış ümumilikdə 19 ünvanda suyun çəkilərək kənarlaşdırılması təmin edilib, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM