satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda toy karvanında qaydaları pozan şəxslər saxlanılıb

Naxçıvanda toy karvanında qaydaları pozan şəxslər saxlanılıb

NTV xəbər verir ki, Naxçıvanda toy karvanı zamanı ictimai qaydanı və yol hərəkətinin təhlükəsizliyini kobud şəkildə pozan  “Chevrolet” markalı avtomobilin sürücüsü Daşqın Həsənov, “Jaguar” markalı avtomobilin sürücüsü Həsən Allahverdiyev, “Renault” markalı avtomobilin sürücüsü Tuncay Cabbarlı və “Kia” markalı avtomobilin sürücüsü İlkin Rüstəmov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla onların digər hərəkət iştirakçılarının sərbəst hərəkətinə pirotexniki vasitələrdən istifadə etməklə mane olduqları və yol hərəkəti qaydalarını pozduqları aşkar edilib.

Faktla bağlı saxlanılan şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM