Əməkdar artist Cabir İmanov dəfn olunub.
14:54
Əməkdar artist Cabir İmanovla Şəhriyar adına Mədəniyyət Mərkəzində keçirilən vida mərasimi başa çatıb.
NTV xəbər verir ki, mərhum "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.
11:55
Şəhriyar adına Mədəniyyət Mərkəzində Əməkdar artist Cabir İmanovla vida mərasimi keçirilir.
NTV-nin xəbərinə görə, mərasimdə Cabir İmanovun yaxınları, sənət adamları və ictimaiyyət nümayəndələri iştirak edir.
Qeyd edək ki, Cabir İmanov ötən gün günorta saatlarında ürəktutmasından vəfat edib.
C.İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub. 1983–1993-cü illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olub və 1997-ci ildə həmin institutu bitirib.
1992–2001-ci illərdə "Parni iz Baku" Şən və hazırcavablar klubunun (KVN) üzvü olub. 1992-ci ildə KVN çempionu, 1995-ci ildə Şən və hazırcavablar klubunun Yay Kubokunun sahibi və 2000-ci ildə Şən və hazırcavablar klubu "Əsrin çempionu" olub. 2001-ci ildən "Planet Parni iz Baku" Şən hazırcavablar klubu teatrının aktyoru olub. 2015-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb. 2021-ci ildə isə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.
Ailəli idi, 4 övladı var.
