satellite   Azerspace-1: 11135 H 30000

Şərurda toxum sərgi-satış yarmarkası keçirilib - FOTOLAR

Şərurda toxum sərgi-satış yarmarkası keçirilib<font color=red> - FOTOLAR</font> Şərurda toxum sərgi-satış yarmarkası keçirilib<font color=red> - FOTOLAR</font> Şərurda toxum sərgi-satış yarmarkası keçirilib<font color=red> - FOTOLAR</font>

Bu gün Şərur rayonunda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib.

NTV xəbər verir ki, tədbir Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Aqrar Xidmətlər Agentliyi, Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Şərur Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.

Yarmarka kənd təsərrüfatı istehsalçılarının sertifikatlı toxumlara əlçatanlığının artırılması, toxumçuluq sektorunun inkişafı və fermerlərin innovativ texnologiyalarla tanışlığı məqsədilə təşkil olunub. Tədbir fermerlər, sahibkarlar və kənd təsərrüfatı məhsulları istehsalçıları üçün geniş imkanlar yaradıb.

Yarmarkada payızlıq taxıl bitkilərinin, tərəvəz və yem bitkilərinin yüksək keyfiyyətli toxumları, meyvə-ting materialları, yeni yaradılmış və yüksək məhsuldarlığı ilə seçilən sortlar nümayiş etdirilib. Həmçinin aqrar şirkətlərin toxumçuluqla bağlı innovativ texnologiyaları və xidmətləri sərgilənib.

Fermerlər dövlətin aqrar sahəyə yönəltdiyi dəstək mexanizmləri barədə ətraflı məlumat əldə edib, toxum təminatı və məhsuldarlığın artırılması ilə bağlı mütəxəssislərlə görüşlər keçiriblər.

Yarmarka çərçivəsində fermerlər toxumçuluq sahəsində mütəxəssislərlə birbaşa ünsiyyət qurub, öz təsərrüfatlarının ehtiyaclarına uyğun toxumları əldə edib, yeni əməkdaşlıq imkanlarından yararlanıblar.

Tədbir zamanı regionun iqlim şəraitinə uyğunlaşdırılmış toxum sortlarının sərgisi və satışı, həmçinin kənd təsərrüfatına dair müxtəlif məhsul və texnologiyaların nümayişi təşkil edilib.

Keçən il Naxçıvanda təşkil olunan festivalın nəticəsi olaraq artıq bir sıra şirkət muxtar respublikada yerli nümayəndəlik və filiallarını açaraq fəaliyyətə başlayıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM