satellite   Azerspace-1: 11135 H 30000

DİN: Beynəlxalq idman tədbiri yüksək təhlükəsizlik şəraitində keçirilir

DİN: Beynəlxalq idman tədbiri yüksək təhlükəsizlik şəraitində keçirilir

Ölkəmizin ev sahibliyi etdiyi III MDB Oyunlarının keçirildiyi məkanlarda ictimai təhlükəsizlik, o cümlədən yol hərəkəti təhlükəsizliyi daim diqqət mərkəzindədir. Bu məqsədlə tədbirlərin keçirilməsinə cəlb olunan polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparırlar.

Bu barədə NTV-yə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, DİN tərəfindən yarış iştirakçılarının, eləcə də beynəlxalq idman tədbirini izləməyə gələn çoxsaylı yerli və əcnəbi tamaşaçıların yollarda üzləşə biləcəkləri çətinliklərin həlli üçün də zəruri qabaqlayıcı tədbirlər görülür. Bu xüsusda yarış zonalarına giriş-çıxışların tənzimlənməsi, nəqliyyat axınının maneəsiz hərəkətinin təmin olunması və mümkün sıxlıqların qarşısının alınması məsələləri daim nəzarətdə saxlanılır.

“Respublikamızın beynəlxalq imicinə təsir göstərən və hazırda dünyanın hər yerindən izlənilən bu mötəbər idman yarışının təhlükəsiz başa çatması üçün hər bir yol hərəkəti iştirakçısından daha məsuliyyətli olmağı, yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl etməklə onun yaddaqalan olmasına töhfə verməyi xahiş edirik”, - deyə məlumatda vurğulanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM