satellite   Azerspace-1: 11135 H 30000

Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib

Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib

Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi kompleks tədbirlər nəticəsində gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib.

Dövlət Gömrük Komitəsindən NTV-yə bildirilib ki, idarənin “Qırmızı Körpü” gömrük postunda Türkiyədən Türkmənistana yük aparan nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerində gömrük nəzarətindən gizlədilmiş qutularda müxtəlif adda, cəmi 46 min 624 ədəd dərman vasitəsi və həmin dərman vasitələrinə aid boş qutular aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM