satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda qarğıdalı yığımına başlanılıb - FOTOLAR

Naxçıvanda qarğıdalı yığımına başlanılıb<font color=red> - FOTOLAR</font> Naxçıvanda qarğıdalı yığımına başlanılıb<font color=red> - FOTOLAR</font>

Naxçıvan Muxtar Respublikasında qarğıdalı yığımına başlanılıb.

NTV  xəbər verir ki, bu barədə Naxçıvanın Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yığımın ilk günlərində artıq 1 000 tondan artıq məhsul tədarük olunub.

Bu il muxtar respublikada ümumilikdə 834 hektardan çox sahədə qarğıdalı yığımının həyata keçirilməsi nəzərdə tutulur. Əkin sahələrinin böyük hissəsi əvvəlki illərdə olduğu kimi Şərur rayonunun payına düşür. Rayon ərazisində bu il 700 hektara yaxın sahədə qarğıdalı əkilib.

Hazırda 156 hektar sahədə biçin aparılıb və nəticədə 66,7 sentner/hektar orta məhsuldarlıqla 1 000 tondan artıq qarğıdalı tədarük olunub.

Qarğıdalı əkin sahələri ötən illə müqayisədə artıb. 2024-cü ildə Şərur rayonunda 435 hektarda qarğıdalı əkilərək 3 473 ton məhsul götürülüb. Bu il əkin sahəsinin artırılması isə daha yüksək istehsal həcmi gözləməyə əsas verir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM