Naxçıvan şəhərinin bəzi yerlərində içməli suyun verilişində fasilə yaranacaq.
NTV-nin məlumatına görə, Naxçıvan şəhəri Əliqulu Qəmküsar küçəsi və Babək məhəlləsini içməli su ilə təmin edən magistral xətdə baş verən qəza ilə bağlı suyun verilməsində fasilə yaranacaq.
Qeyd edilib ki, oktyabrın 9-u saat 00:00-da başlayacaq təmir-bərpa işlərinin gün ərzində yekunlaşacağı planlaşdırılır.
Təmir işləri bitdikdən sonra suyun əvvəlki rejimlə verilməsi təmin olunacaq.
