satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda gömrük nəzarətindən gizlədilmiş qızıl külçələr aşkar edilib - FOTOLAR

Azərbaycanda gömrük nəzarətindən gizlədilmiş qızıl külçələr aşkar edilib<font color=red> - FOTOLAR</font> Azərbaycanda gömrük nəzarətindən gizlədilmiş qızıl külçələr aşkar edilib<font color=red> - FOTOLAR</font>

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi gömrük nəzarət tədbirləri nəticəsində qızıl külçələrin qanunsuz şəkildə gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.

NTV  bu barədə Komitəyə istinadən xəbər verir.

Məlumata görə, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşının əl yüklərinə gömrük yoxlaması tətbiq edilib. Yoxlama zamanı həmin şəxsin gödəkcəsində və əl çantasında gömrük nəzarətindən gizlədilən 37 ədəd "Pamp" markalı, ümumi təqribi çəkisi 365 qram qızıl külçə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM