Hər il kiberhadisələr nəticəsində dünyada 10 trilyon ABŞ dolları dəyərində zərər qeydə alınır.
NTV xəbər verir ki, bunu "Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" İctimai Birliyinin icraçı direktoru Rauf Cabarov Bakıda keçirilən fintex forumunda ("Baku Fintech Forum 2025") bildirib.
Onun sözlərinə görə, bunun 1 trilyon ABŞ dolları sırf maliyyə sektorunda yaranır: "Biz bir sıra hallarda bulud həllərindən istifadəni tövsiyyə edirik. Ancaq bu sahədə də itkilər ciddi şəkildə artır. Bulud həlləri platformalarından sızmaların orta dəyəri 5,17 milyon dollardır".
