satellite   Azerspace-1: 11135 H 30000

Culfanın bəzi kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

Culfanın bəzi kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

"Azərenerji" ASC-nin təsdiq etdiyi Naxçıvan Muxtar Respublikasının "Elektroenergetika konsepsiyası" üzrə 2025-ci ildə nəzərdə tutulan işlər çərçivəsində yeni tikilən 132 kV-luq "Culfa" elektrik verilişi xəttinin məftilinin çəkilməsi zamanı təhlükəsizlik tədbirləri məqsədilə 132/110/10 kilovoltluq "Culfa" yarımstansiyasından qidalanan 2 və 5 saylı 10 kilovoltluq hava elektrik verilişi xətləri razılaşdırılmış sifarişə əsasən açılacaq.

"Naxçıvan Enerji" MMC-dən NTV-yə bildirilib ki, bununla əlaqədar Culfa rayonunun Dizə, Gülüstan kəndlərində və Yaycı kəndinin bir hissəsində oktyabrın 13-də saat 09:00-dan 10:00-a qədər fasilə yaranacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM