satellite   Azerspace-1: 11135 H 30000

İlin səkkiz ayında 2152 əkiz, 78 üçəm doğulub

İlin səkkiz ayında 2152 əkiz, 78 üçəm doğulub

Bu ilin 8 ayında 2152-si əkiz, 78 üçəm doğulub.

Bu barədə NTV-yə  Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, cari ilin səkkiz ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 63 min 698 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,0-dan 9,3-ə düşüb.

Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,9 faiz olub.

Doğulan körpələrdən 2152-si əkiz, 78-i isə üçəm olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM