satellite   Azerspace-1: 11135 H 30000

Əhalinin orta ömür uzunluğu artır, pensiya sistemində islahatlar gözlənilir

Əhalinin orta ömür uzunluğu artır, pensiya sistemində islahatlar gözlənilir

Sığorta-pensiya sistemində maliyyə dayanıqlığının artırılması və sığorta prinsiplərinin gücləndirilməsi istiqamətində islahatlar davam etdiriləcək.

NTV xəbər verir ki, bu, Maliyyə Nazirliyi tərəfindən hazırlanan “2026-2029-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi”ndə öz əksini tapıb.

Qeyd edilib ki, hazırda ölkə əhalisinin 69,7 faizi əmək qabiliyyətli yaşda (15–65 yaş), 9,1 faizi isə 65 və daha yuxarı yaş qrupuna aiddir və qeyd olunduğu kimi dünya göstəriciləri ilə müqayisədə hazırkı vəziyyət dövlət pensiya sisteminin maliyyə dayanıqlığı baxımından qənaətbəxşdir. Lakin, növbəti bir neçə onilliklərdə ölkə əhalisinin tərkibində yaşlı əhalinin sayının və xüsusi çəkisinin artması dövlət pensiya təminatı sisteminin əsas maliyyə mənbəyi olan məcburi dövlət sosial sığorta haqqı ödəyicilərinin sayının azalmasına, nəticə etibarilə isə onun maliyyə öhdəliklərinin artmasına səbəb ola bilər.

Mövcud demoqrafik meyllərə əsasən, 2024-cü ildə 0,6 faiz olan əhalinin illik artım tempinin BMT-nin “Dünya Əhalisinin Perspektivləri” hesabatına görə 2050-ci ilədək kifayət qədər aşağı enəcəyi gözlənilir.

Eyni zamanda, 15–64 yaş aralığında olan əmək qabiliyyətli əhalinin sayının 2030-cu illərin ikinci yarısında maksimum səviyyəyə çatacağı, daha sonra isəazalmağa başlayaraq 2050-ci ildə ümumi əhali strukturunda xüsusi çəkisinin 65,4 faizədək azalacağı proqnozlaşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM