satellite   Azerspace-1: 11135 H 30000

Paytaxtda dələduzluq və oğurluq edən şəxs saxlanılıb

Paytaxtda dələduzluq və oğurluq edən şəxs saxlanılıb

Paytaxtın Səbail rayonunda bir nəfərin mobil telefonu dələduzluq yolu ilə ələ keçirilib.

Bu barədə NTV-yə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Zərərçəkən polisə müraciət edərək mobil telefonunun aldadılaraq ələ keçirilməsi, daha sonra telefonunda olan banklardan birinə məxsus tətbiqdən 1700 manatının oğurlandığını bildirib.

Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən paytaxt sakini, 29 yaşlı E. Feyzullayev müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla saxlanılan şəxsin bundan əvvəl də bir nəfərin 2 min 50 manatını dələduzluq yolu ilə ələ keçirdiyi məlum olub.

Faktlarla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM