Türkiyənin Milli Müdafiə Nazirliyi dövlət müstəqilliyinin bərpasının qarşıdan gələn 34-cü ildönümü münasibətilə Azərbaycanı təbrik edib.
NTV xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin 16 oktyabr tarixli informasiya bülletenində müasir Azərbaycan tarixinin bu əlamətdar günü xüsusi vurğulanıb.
“Qardaş Azərbaycanı qarşıdan gələn 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edirik”, -deyə Türkiyə Milli Müdafiə Nazirliyi bəyan edib.
