satellite   Azerspace-1: 11135 H 30000

Bu ilin doqquz ayında Azərbaycanda 72 min 210 körpə doğulub

Bu ilin doqquz ayında Azərbaycanda 72 min 210 körpə doğulub

Bu ilin doqquz ayı ərzində Azərbaycan Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 72 min 210 doğulan körpə qeydə alınıb.

NTV xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı statistik məlumatda qeyd olunub.

Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,1-dən 9,4-ə düşüb. Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1, qız uşaqlarının xüsusi çəkisi isə 46,9 faiz olub. Körpələrdən 2 min 422-si əkiz, 78-i isə üçəm doğulub.

Əhalinin hər 1000 nəfərinə doğum səviyyəsi Dağlıq Şirvan (12), Lənkəran-Astara (11,4), Qarabağ (11,2), Şərqi Zəngəzur (11), Mil-Muğan (10,8), Şirvan-Salyan (10,7), Qazax-Tovuz, Quba-Xaçmaz və Mərkəzi Aran (10,5) iqtisadi rayonlarında ölkə göstəricisindən (9,4) yüksək olub.

Bu ilin yanvar-sentyabr ayları ərzində ölkədə 44 min 409 ölüm halı qeydə alınıb və 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə həmin göstərici 5,7-dən 5,8-ə qədər artıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:04 11.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM