satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda bu ilin 9 ayında 36 mindən çox nikah bağlanıb

Azərbaycanda bu ilin 9 ayında 36 mindən çox nikah bağlanıb

Bu ilin doqquz ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə ərazisində 36 min 332 nikaha daxilolma və 15 min 480 boşanma halı qeydə alınıb.

NTV Dövlət Statistika Komitəsinin məlumatına istinadla bildirir ki, əhalinin hər 1000 nəfərinə nikahların sayı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,8-dən 4,7-yə, boşanmaların sayı isə 2,1-dən 2-yə enib.

Nikaha daxilolma səviyyəsi Şərqi Zəngəzur (5,8), Qarabağ (5,7), Dağlıq Şirvan və Lənkəran-Astara (5,2), Bakı, QubaXaçmaz və Mərkəzi Aran (4,8) iqtisadi rayonlarında ölkə göstəricisindən (4,7) yüksək olub.

2025-ci ilin yanvar-sentyabr ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları daimi yaşamaq üçün Azərbaycana gələn 2 min 521 nəfəri, ölkədən gedən isə 1564 nəfəri qeydə alıb. Ölkə üzrə miqrasiya saldosu müsbət 957 nəfər təşkil edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:04 11.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM