satellite   Azerspace-1: 11135 H 30000

Ötən gün 70 cinayətin açılması təmin edilib

Ötən gün 70 cinayətin açılması təmin edilib

Noyabrın 14-də ölkə ərazisində qeydə alınan 62, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə NTV-yə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Həmçinin bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 241, o cümlədən borclu şəxs qismində axtarışda olan 208, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 və dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Bundan başqa, narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 22,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 11 fakt müəyyən edilib. Polis əməkdaşları respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 5 avtomat silahı, 9 tüfəng, 3 patron darağı və 90 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər də saxlanılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:04 11.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM