satellite   Azerspace-1: 11135 H 30000

Bu ilin on ayında əlilliyi olan 117 min şəxs reabilitasiya xidmətləri ilə təmin edilib

Bu ilin on ayında əlilliyi olan 117 min şəxs reabilitasiya xidmətləri ilə təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin yanvar-oktyabr aylarında əlilliyi olan 117 min şəxsi reabilitasiya xidmətləri ilə təmin edib.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən NTV-yə verilən məlumata görə, onlardan 65,3 mininə ambulator, 27,6 mininə stasionar və icma əsaslı, digərlərinə səyyar və onlayn formada, sosial-psixoloji, hippoterapiya istiqamətləri üzrə reabilitasiya xidmətləri göstərilib.

 

Son illər agentliyin reabilitasiya müəssisələrində ənənəvi üsullarla yanaşı, qabaqcıl dünya təcrübəsinə uyğun reabilitasiya metodları (robotik, sosial-psixoloji reabilitasiya, yoqa, rəqs terapiyası, hippoterapiya və s.) də tətbiq edilir. Habelə əlilliyi olan şəxslərə stasionar və ambulator xidmətlərlə yanaşı, icma əsaslı, telereabilitasiya, səyyar formalarda da reabilitasiya xidmətləri göstərilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:04 11.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM