satellite   Azerspace-1: 11135 H 30000

BDYPİ: Normal hərəkət zamanı sürücülər yolun sağ kənarı ilə hərəkət etməlidirlər

BDYPİ: Normal hərəkət zamanı sürücülər yolun sağ kənarı ilə hərəkət etməlidirlər

Qanunvericiliyin tələbinə əsasən, normal hərəkət zamanı nəqliyyat vasitələrinin sürücüləri yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkət etməlidirlər.

Bu barədə NTV-yə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, yaşayış məntəqələrindən kənarda, habelə yaşayış məntəqələrində “Avtomagistral” və ya “Avtomobillər üçün yol” nişanları ilə işarələnmiş yolun hərəkət hissəsində hərəkət istiqamətində sağ zolaq boş olduğu halda sol zolaqlarla hərəkət etmək qadağandır.

“Unutmayaq ki, sürücü intizamı və qarşılıqlı ehtiram yol hərəkəti zamanı təhlükəsizliyimiz üçün mühüm şərtdir”, - deyə məlumatda qeyd olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM