satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan iqtisadiyyatına investisiya qoyuluşu 45 %-dən çox artıb

Naxçıvan iqtisadiyyatına investisiya qoyuluşu 45 %-dən çox artıb

Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 204 milyon 18 min 500 manat vəsait yönəldilib.

Bu barədə Muxtar Respublikanın Dövlət Statistika Komitəsindən NTV-yə məlumat verilib. Bildirilib ki, bu, bir il öncəki göstəricidən 45,4 % çoxdur.

Məlumata görə, istifadə olunan vəsaitin 72 milyon 963 min 400 manatı və ya 35,8 %-i məhsul istehsalı sahələrinə, 48 milyon 857 min 300 manatı və ya 23,9 %-i xidmət sahələrinə, 82 milyon 197 min 800 manatı və ya 40,3 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala vəsait qoyuluşunun 146 milyon 392 min 400 manatı və ya 71,8 %-i tikinti-quraşdırma işlərinin payına düşüb ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 26,2 % çoxdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM