satellite   Azerspace-1: 11135 H 30000

Ermənistana yaxın zamanda Azərbaycan vasitəsilə yeni taxıl partiyasının çatdırılması gözlənilir

Ermənistana yaxın zamanda Azərbaycan vasitəsilə yeni taxıl partiyasının çatdırılması gözlənilir

Yaxın zamanda Azərbaycan və Gürcüstan ərazisindən tranzit yolla Ermənistana yeni taxıl partiyası daxil olacaq.

NTV-nin Ermənistan KİV-lərinə istinadən məlumatına görə, bu barədə jurnalistlərə Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan bildirib.

Nazirin sözlərinə görə, yüklər artıq yoldadır, İrəvana çatdırılmanın dəqiq vaxtı, həmçinin hansı ölkələrdən çatdırılacağı barədə isə nazir daha sonra məlumat verəcəyini vəd edib.

"Yük çatdırıldıqda mən kifayət qədər məlumat təqdim edəcəyəm", - G.Papoyan qeyd edib.

Azərbaycandan neft məhsullarının tədarükü imkanı ilə bağlı sualı şərh edərkən nazir vurğulayıb ki, bu barədə məlumat yalnız onların ölkəyə faktiki olaraq çatdırılmasından sonra açıqlanacaq.

Daha əvvəl məlumat verilmişdi ki, Qazaxıstan taxılı ilə yüklənmiş qatar Qazaxıstan, Rusiya, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Ermənistana çatıb. Təxminən 1 000 ton dördüncü sinif buğda çatdırılmışdı. Təchizat Azərbaycanın tranzit yük daşımalarına qoyduğu məhdudiyyətləri aradan qaldırması sayəsində mümkün olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM