satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda zəncirvari qəza olub, marşrut avtobusu dörd avtomobilə çırpılıb

Naxçıvanda zəncirvari qəza olub, marşrut avtobusu dörd avtomobilə çırpılıb

Naxçıvan şəhərində baş verən zəncirvari qəzada marşrut avtobusu dörd avtomobilə toqquşub.

NTV-nin məlumatına görə, Naxçıvan şəhərinin İstiqlal küçəsində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Şəhərdaxili marşrut avtobusu idarəetmədən çıxaraq əvvəlcə "Opel" markalı avtomobillə toqquşub. Daha sonra avtobus yol kənarında dayanmış "NAZ-Lifan", "Toyota" və "Changan" markalı avtomobillərə çırpılıb.

Hadisə zamanı xəsarət alan olmasa da, 5 avtomobilə ciddi maddi ziyan dəyib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM