satellite   Azerspace-1: 11135 H 30000

BDYPİ: Tələskənlik yollarda təhlükəni artırır

BDYPİ: Tələskənlik yollarda təhlükəni artırır

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) dumanlı hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.

NTV xəbər verir ki, müraciətdə deyilir: “Səhər saatlarında işə, təhsil müəssisələrinə və digər gündəlik fəaliyyətlərə tələskənlik nəqliyyat axınının intensiv olduğu yollarda yol hərəkəti iştirakçılarının diqqətini yayındırır və riskli davranışlara zəmin yaradır. Belə şəraitdə verilən tələsik qərarlar sürücülər və piyadalar arasında yol hərəkəti qaydalarının pozulmasına gətirib çıxarır, bu isə qəza riskini ciddi şəkildə artırır.

Aparılan təhlillər göstərir ki, səhər saatlarında baş verən yol-nəqliyyat hadisələri əsasən sürət həddinin aşılması, sükan arxasında diqqətin yayınması və yol şəraitinin düzgün qiymətləndirilməməsi ilə bağlı olur.

Sürücülər sürət həddini yol və hava şəraitinə uyğun seçməli, nəqliyyat axınının intensiv olduğu vaxtlarda daha diqqətli və məsuliyyətli davranmalıdırlar;

Piyadalar yolu yalnız müəyyən olunmuş yerlərdən keçməli, yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etməlidirlər.

Unutmamalıyıq ki, yol hərəkəti qaydalarına riayət edilməsi yollarda təhlükəsizliyin təmin olunmasının əsas şərtidir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Almaniyada inflyasiya artıb

09:04 31.03.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM