satellite   Azerspace-1: 11135 H 30000

İdxal olunan baytarlıq preparatında uyğunsuzluq aşkarlanıb - FOTOLAR

İdxal olunan baytarlıq preparatında uyğunsuzluq aşkarlanıb<font color=red> - FOTOLAR</font> İdxal olunan baytarlıq preparatında uyğunsuzluq aşkarlanıb<font color=red> - FOTOLAR</font>

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı "Spektra-Vet" MMC-nin respublikamıza idxal etdiyi baytarlıq preparatlarının sınaq nəticələrində uyğunsuzluq aşkarlanıb.

Bu barədə NTV-yə agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, Çindən idxal olunan “Farmazin Tylo” əmtəə nişanlı baytarlıq preparatı məhsul partiyasından götürülmüş nümunələrdə pH göstəricisinin normativ texniki tələblərə cavab vermədiyi müəyyən edilib.

Uyğunsuzluqla əlaqədar qanunvericiliyə müvafiq qərar qəbul olunaraq, 5010 ədəd 50 millilitrlik, 3006 ədəd 100 millilitrlik məhsul məhv edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM