Ötən ilin yanvar-dekabr ayları ərzində 39 min 500 nəfərdən çox şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb.
Bu barədə NTV-yə Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, onların 67,5 faizini kişilər, 32,5 faizini isə qadınlar təşkil edib.
