satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycana qızıl külçələrin qanunsuz yolla gətirilməsinin qarşısı alınıb - FOTOLAR

Azərbaycana qızıl külçələrin qanunsuz yolla gətirilməsinin qarşısı alınıb<font color=red> - FOTOLAR</font> Azərbaycana qızıl külçələrin qanunsuz yolla gətirilməsinin qarşısı alınıb<font color=red> - FOTOLAR</font>

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları qızıl külçələrin qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

NTV  bu barədə Komitəyə istinadən xəbər verir.

Məlumata görə, Dubay-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşının çantalarına stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib və monitorda şübhəli təsvirlər müşahidə olunduğundan ona məxsus əl yükləri gömrük yoxlamasına cəlb edilib. Yoxlama zamanı çantalardan birində gömrük orqanına əvvəlcədən bəyan olunmayan, ümumilikdə çəkisi 372,5 qram təşkil edən 44 ədəd "PAMP" markalı qızıl külçələr aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM