satellite   Azerspace-1: 11135 H 30000

Müdafiə Nazirliyi ilə Hərbi Prokurorluq arasında birgə tədbirlər planı imzalanıb

Müdafiə Nazirliyi ilə Hərbi Prokurorluq arasında birgə tədbirlər planı imzalanıb

Azərbaycan Ordusunda 2026-cı il ərzində hərbi intizamın gücləndirilməsi və hüquq pozuntularının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Hərbi Prokurorluğu arasında birgə tədbirlər planı imzalanıb.

Müdafiə Nazirliyindən NTV-yə   verilən məlumata görə, sənəddə cari il boyu həyata keçirilməsi planlaşdırılan birgə tədbirlər, onların icra müddəti, keçiriləcəyi yerlər və məsul şəxslər müəyyənləşdirilib.

Tədbirlər planına əsasən, 2026-cı il ərzində Müdafiə Nazirliyinin tabeliyində olan qoşun (qüvvə) növləri, birlik, birləşmə və hərbi hissələrdə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində xidmət edən hərbi qulluqçularla Hərbi Prokurorluq əməkdaşlarının görüşlərinin təşkili nəzərdə tutulur.

Bu görüşlər çərçivəsində şəxsi heyətin hüquqi biliklərinin artırılması, nizam-intizamın və qanunçuluğun möhkəmləndirilməsi, mövcud problemlərin aradan qaldırılmasına yönəlmiş tədbirlərin icrası əksini tapıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM