satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr olacaq

Naxçıvan şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr olacaq

Yanvarın 14-də Naxçıvan şəhərində “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən planlı təmir-bərpa işləri aparılacaq.

NTV xəbər veri ki, bu səbəbdən 110/35/10 kV-luq Koroğlu yarımstansiyasından çıxan 10 kV-luq "Yeni Naxçıvan" hava elektrik verilişi xətti razılaşdırılmış sifarişə əsasən açılacaq.

Eyni zamanda, milli SCADA sisteminin qurulması məqsədilə 377 nömrəli transformator yarımstansiyasında yenidənqurma işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq, Naxçıvan şəhərinin Qoçüstü məhəlləsində saat 11-dən 13-dək elektrik enerjisinin verilişində fasilə olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM