satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda qar örtüyünün qalınlığı 61 sm-ə çatıb

Naxçıvanda qar örtüyünün qalınlığı 61 sm-ə çatıb

Muxtar respublika ərazisində yağıntılı hava şəraiti davam edir. Bəzi dağlıq ərazilərdə sulu qar və qar yağır, duman müşahidə olunur.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən NTV-yə verilən məlumata görə,  Şərur, Şahbuz və Ordubad rayonlarının yüksək dağlıq ərazilərinə qar yağır.

Qarın hündürlüyü Ordubad rayonun yüksək dağlıq ərazilərində (3000 m) 61, Parağaçay Qar Uçqunu Stansiyasında (Ordubad) 27, Kükü də (Şahbuz) 44,  Biçənəkdə 39, Axurada (Şərur) 7 sm qeydə alınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM