satellite   Azerspace-1: 11135 H 30000

Əməkdar hüquqşünas vəfat edib

Əməkdar hüquqşünas vəfat edib

Konstitusiya Məhkəməsinin sabiq hakimi, Əməkdar hüquqşünas Rafael Sergeyeviç Qvaladze yanvarın 15-də uzunsürən xəstəlikdən sonra vəfat edib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən NTV-yə verilən məlumata görə, o, Azərbaycanın görkəmli hüquqşünası kimi hüquqi dövlət quruculuğu və ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində uzun illər məsul vəzifələrdə uğurla çalışıb, ömrünün 50 ilindən çoxunu ölkəmizdə məhkəmə hakimiyyətinin həyata keçirilməsinə həsr edib.

“Əməkdar hüquqşünas” fəxri adına layiq görülüb, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” və 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Səmimiliyi və təvazökarlığı ilə hörmət qazanmış, yüksək insani keyfiyyətlərə malik ədalətli hakim Rafael Qvaladzenin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM