satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycandan soyuq hava dalğası keçəcək - XƏBƏRDARLIQ

Azərbaycandan soyuq hava dalğası keçəcək<font color='red'> - XƏBƏRDARLIQ</font>

Azərbaycanda yanvarın 17-si gündüzdən ikinci soyuq hava dalğası keçəcək.

Milli Hidrometeorologiya Xidmətindən NTV-yə verilən məlumata görə, hava dalğası yanvarın 15-i axşamdan başlayacaq.

Yanvarın 16-si isə qısa fasilə gözlənilir.

Sözügedən dövrdə hava şəraiti yenidən yağıntılı olacaq, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacaq. Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur. Bəzi ərazilərdə şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Bu müddət ərzində Bakıda və Abşeron yarımadasında da yağıntıların sulu qara keçəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə enərək, minimal temperatur Bakıda və Abşeron yarımadasında 0-2 dərəcə isti, dağətəyi rayonlarda 3 dərəcəyədək, dağlıq rayonlarda 5-10 dərəcə, yüksək dağlıq ərazilərdə isə 15-20 dərəcə şaxta olacaq.

Bakının rayonlarında, xüsusən də, dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Əlverişsiz hava şəraitinin yanvarın 22-dək davam edəcəyi gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM