satellite   Azerspace-1: 11135 H 30000

Ötən il əlilliyi olan şəxslərə 212 min reabilitasiya vasitəsi verilib

Ötən il əlilliyi olan şəxslərə 212 min reabilitasiya vasitəsi verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ötən il əlilliyi olan şəxslərə 212 min reabilitasiya vasitəsi verilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən NTV-yə  verilən məlumata görə, onlardan 6,3 mini təkərli oturacaq (o cümlədən 186-sı mühərrikli təkərli oturacaq), 2,6 mini aşağı və yuxarı ətraf protezi, 6,5 mini əsa, qoltuqaltı və dirsəkaltı ağac olub.

Həmçinin əlilliyi olan şəxslərə 11 min cüt protez və yarım cüt ortopedik ayaqqabı, 1039 eşitmə aparatı, 547 korset və digər reabilitasiya vasitələri təqdim olunub.

Ötən il əlilliyi olan 13,7 min şəxs reabilitasiya vasitələri ilə təmin edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM