satellite   Azerspace-1: 11135 H 30000

WUF13 üzrə media nümayəndələrinin akkreditasiyasına başlanılıb

WUF13 üzrə media nümayəndələrinin akkreditasiyasına başlanılıb

Birləşmiş Millətlər Təşkilatının (BMT) dayanıqlı şəhərsalma üzrə ən böyük qlobal konfransı olan Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) üzrə media nümayəndələrinin akkreditasiyasına start verilib.

WUF13 Azərbaycan Əməliyyat Şirkətindən NTV-yə verilən məlumata görə, 2026-cı il mayın 17-22-də Bakıda "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusunda keçiriləcək bu tədbirdə iştirakla bağla bütün media nümayəndələri akkreditasiya üçün UN-Habitat təşkilatının rəsmi qeydiyyat sistemi olan https://events.unhabitat.org/ veb-saytı üzərindən müraciət etməlidirlər.

Qeyd olunub ki, elektron və ya adi poçtla təqdim olunan müraciətlər qəbul edilməyəcək.

Media akkreditasiyası BMT-nin üzv dövlətlərində qanuni şəkildə qeydiyyatdan keçmiş etibarlı media təşkilatlarını təmsil edən peşəkar jurnalistlər və media nümayəndələri üçün nəzərdə tutulur. Təqdim olunan bütün müraciət ərizələri nəzərdən keçiriləcək və təsdiqlənmiş namizədlərə rəsmi təsdiq məktubu göndəriləcək.

WUF13 haqqında daha ətraflı məlumat almaq və media akkreditasiyası ilə bağlı müraciət etmək üçün https://wuf.unhabitat.org/wuf13 veb-saytına daxil olmaq mümkündür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM