satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda avtobus avtomobillə toqquşub, xəsarət alanlar var

Naxçıvanda avtobus avtomobillə toqquşub, xəsarət alanlar var

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.

NTV xəbər verir ki, hadisə şəhərin Xətai məhəlləsində baş verib.

Belə ki, "KİA" markalı avtomobillə 9 nömrəli şəhərdaxili marşrutxətti üzrə hərəkət edən avtobus toqquşub.

Hadisə nəticəsində Naxçıvan şəhər sakinləri - 1987-ci il təvəllüdlü Abdullayeva Təhminə Qəhraman qızı, 1981-ci il təvəllüdlü Qafarova Lamiyə Rüfət qızı və 1972-ci il təvəllüdlü Vəliyeva Vəfa Hüseyn qızı xəsarət alıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının təcili şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM