satellite   Azerspace-1: 11135 H 30000

Ötən il Azərbaycanda suçiçəyinə yoluxmada artım müşahidə olunub

Ötən il Azərbaycanda suçiçəyinə yoluxmada artım müşahidə olunub

Azərbaycanda əhali arasında 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2025-ci ilin 11 ayı ərzində suçiçəyinə yoluxmada artım müşahidə olunub.

NTV xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, sözügedən dövrdə həm də brusellyoz, kəskin hepatit B, qoturluq ilə xəstələnmə hallarında da artım olub.

Ötən il qeydə alınmış xəstəliklər sırasında tənəffüs orqanları, həzm orqanları, qan dövranı sistemi xəstəlikləri, bəzi infeksion və parazitar xəstəlikləri, sidik-cinsiyyət sistemi xəstəlikləri, göz və gözün əlavə aparatı xəstəlikləri, sinir sistem xəstəlikləri, eləcə də qan, qanyaradıcı orqanları xəstəlikləri üstünlük təşkil edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM